Qəzada ölən və yaralananlar polkovnik Ramaldanovun ailə üzvləridir

09:40 15.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, dünən Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Hafta.az xəbər verir ki, qəzada dünyasını dəyişənlərdən biri - 36 yaşlı Tamilla Ramaldanova polkovnik Elman Ramaldanovun qızıdır. Onunla bərabər, ailənin yaxın qohumu 43 yaşlı Cəmilə Bağırova da hadisə yerində ölüb. 

Digər ailə üzvləri - Bakı şəhər sakinləri -  sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna - Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Qeyd edək ki, Elman Ramaldanov tanınmış hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun qardaşıdır.